waplog

“Power Pen” qələmi smartfonu enerji ilə dolduracaq


İnsanların çoxu üzərində çıxarılıb taxılan akkumulyator gəzdirməyi sevmir. Amma əl altında olan əşya (məsələn, qələm) əlavə enerji mənbəyinə malik olduqda daha yaxşıdır.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Power Pen” ilk baxışdan adi alüminium qələmə oxşayır, daxilində 700 milliamper/saat tutumunda akkumulyator və USB port quraşdırılıb. Bu qələm vasitəsilə həm yazmaq, həm də onu stilus kimi işlətmək mümkündür.

Əlbəttə ki, 700 milliamper/saat böyük göstərici deyil, ancaq qələm, hətta güclü smartfonun bir neçə saatlıq işləməsinə kömək edə bilər ki, bu da kritik vəziyyətdə lazım ola bilər.

Xatırladaq ki, daxili akkumulyatorla təchiz edilmiş daşınan elektronikanın sayı artır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL