waplog

“Meizu M1 Note”: 8 nüvəli prosessorla təchiz edilmiş fablet


Çinin smartfon istehsalçısı “Meizu” şirkəti “Blue Charm” adlı yeni istehsal xəttinə start verib. “M1 Note” modeli sözügedən istehsal xəttinin ilk cihazıdır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu aparat 1920x1080 təsvir ölçülü (Full HD) 5,5 düymlük ekran, 1,7 QHs takt tezlikli səkkiznüvəli 64 bitlik “MediaTek MT6752” prosessoru və “Mali-T760” qrafik sürətləndirici, 2 QB əməli və 16/32 QB daxili yaddaşla təchiz olunub.
 
Əsas kamera saniyədə 120 kadr sürətlə video çəkə bilən 13 meqapiksellik ötürücü əsasında yaradılıb. Ön fotomodulun təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
 
Aparat “LTE” şəbəkə dəstəyinə malikdir, SİM kartlar üçün iki slot mövcuddur və 3140 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.
 
Məhsulun fiziki ölçüsü 150,7x75,2x8,9 mm, çəkisi 145 qram təşkil edir.
 
“Meizu Blue Charm M1 Note” fabletinin satışına 30 dekabr 2014-cü il tarixində start veriləcək. Çində smartfonun qiyməti daxili yaddaşının həcmindən asılı olaraq 160-190 dollar arasında dəyişəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL