waplog

Avropa İttifaqı İT sektoru üzrə enerji sərfiyyatını azaltmaq istəyir


Dünyada istifadə edilən bütün enerjinin təxminən 5 faizi İT sektorunun payına düşür və bu göstərici başqa sektorlarla müqayisədə hər il daha sürətlə artır.
 
Bir qayda olaraq enerji sərfiyyatının optimallaşdırılması aparat təminatı üzərindən edilir, ancaq Avropa İttifaqı proqramların enerji səmərəliliyinin iki dəfə artırılması yolu ilə İT sektorunun ümumi enerji sərfiyyatını azaltmaq istəyir.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, bundan ötrü təsis edilmiş “Entra” layihəsinin məqsədi masaüstü və mobil proqramların optimallaşdırılması üçün alətlərin yaradılmasıdır.
 
“Entra” layihəsi 2015-ci ilin sentyabrında öz nəticələrini təqdim etməlidir, bundan sonra proqramçılar üçün proqram kodunun enerji səmərəliliyini təhlil edən və konkret məsələnin yerinə yetirilməsi üçün lazımi Vatt miqdarını göstərən utilit əlçatan olacaq.
 
Nəticədə hələ hazırlama mərhələsində proqram kodunu optimallaşdırmaq mümkün olacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL