Smartfon istifadəçilərinin 50 faizi öz fotoşəkillərini “bulud” saxlancında yadda saxlayır
“Suite 48 Analytics” tədqiqat şirkətinin araşdırmasına əsasən, smartfon istifadəçilərinin təxminən 50 faizi qurğunun köməyi ilə çəkilmiş fotoşəkilləri yadda saxlamaq üçün “bulud” saxlancından istifadə edirlər.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, "bulud" saxlancından istifadəyə müxtəlif səbəblər göstərilib. Ən populyar cavab ehtiyat surətinin saxlanılması olub. 43 faiz hallarda "bulud" saxlancından belə məqsəd üçün istifadə olunur. 28 faiz hallarda fotoşəkillər uzaq serverlərdə ona görə saxlanılır ki, onlar bir neçə qurğuda baxış üçün əlçatan olsun. Populyarlığına görə üçüncü cavab qurğunun daxili yaddaşını təmizləmək arzusudur.
“Suite 48 Analytics” rəyi soruşulmuşların istifadə etdiyi üç ən populyar "bulud" xidmətini qeyd edib: “Google Drive” (populyarlıq dərəcəsi 30 faiz), “Dropbox” (29 faiz) və “Apple iCloud” (22 faiz).
“Suite 48 Analytics” tədqiqat şirkəti, həmçinin smartfon istifadəçilərinin “bulud” texnologiyasına etibarsızlığının iki əsas səbəbini təyin edib: təhlükəsizliyin təminində problemlər və belə xidmətlərdən istifadənin üstünlüklərini başa düşməmək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL