waplog

Elektron ödəmə populyarlaşır


“ITG”-nin yeni hesabatına əsasən, ötən ay elektron ödənişlərin ümumi həcminin 1 faizi “Apple Pay”, 4 faizi isə “Google Wallet” ödəmə sistemlərinin payına düşüb.
 
"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, tədqiqata əsasən, “Apple Pay” ödəmə sisteminin yeni müştərilərinin 60 faizi ay ərzində sistemdən bir neçə dəfə istifadə edirlər. Digər rəqiblərdə, məsələn, “PayPal” ödəmə sistemində bu göstərici 20 faizə bərabərdir. “Apple Pay” istifadəçiləri həftədə orta hesabla 1,4 dəfə ödəmə sistemi üzərindən alış-veriş edirlər. Hesabatda yazılıb ki, “alma” korporasiyasının ödəmə sistemi bu bazarın  lideri “PayPal” üçün ciddi təhlükə doğurur.
 
 
“Apple Pay” ödəmə sisteminin reklamı nəticəsində insanlar elektron ödəniş haqda daha məlumatlı olur. “ZDNet” nəşri yazır ki, bu, 2011-ci ildə işə salınmış, hələ də geniş populyarlıq qazanmayan “Google Wallet” sisteminin irəliləyişinə kömək edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL