waplog

Azərbaycanda “Skolkovo” qrantına iddia edən terminallar quraşdırıla bilər


Rusiyanın “Terminal həlləri” şirkəti Azərbaycana SİM kart satışı üçün ticarət avtomatlarının gətirilməsi ilə bağlı danışıqlar aparır.
 
“ICTnews” xəbər xidmətinin “http://itar-tass.com” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin rəhbəri Artyom Subbotin bildirib ki, Azərbaycanla yanaşı, hazırda Gürcüstan və Hindistanla da bu terminalların tətbiqi ilə bağlı danışıqlar  aparılır.
 
“Biz simkomatlara görə bütün biznes layihələrimizi dayandırmışıq və mütləq “Skolkovo” qrantına iddia etmək niyyətindəyik. Lakin bunu eyniləşdirmə sistemimizi təkmilləşdirəndən sonra etmək niyyətindəyik. Çünki hər bir ölkədə ayrı eyniləşdirmə sistemi istifadə edilir və istənilən ölkədə işləmək üçün universal sistem qurmaq lazımdır. Bu terminallardan mikroistiqrazların, çıxış kartlarının, debet və kredit kartlarının verilməsi üçün istifadə etmək mümkündür”, - deyə o qeyd edib.
 
“GSMA Wireless Intelligence” proqnozlarına əsasən, 2014–2017-ci  illərdə dünya üzrə SİM kartların satışları 400 milyona yaxın təşkil edəcək. Mobil operatorların strategiyası artıq dilerlərdən imtina və özünəməxsus satış nöqtələrinin yaradılması istiqamətinə yönəldilir və buna görə, belə terminallar istənilən yerdə quraşdırmaq üçün nəzərdə tutulduqları üçün çox əlverişlidirlər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL