2015-ci ildə “iPhone” smartfonunun mini-versiyası istehsal edilə bilər
“Apple” korporasiyası 2015-ci ildə “iPhone” smartfonunun üç yeni modelini təqdim edə bilər. Bu modellərin arasında smartfonun 4 düymlük ekranla təchiz edilmiş mini-versiyası olacaq. Bu haqda “Cowen and Company” şirkətinin analitiki Timoti Arkyura istinadən “Apple Insider” bloqu yazıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, gözləntilərə görə, yeni cihaz “iPhone 6S mini” adlanacaq. Qurğunun texniki xarakteristikaları “iPhone 5S” smartfonu ilə oxşar olacaq.
2015-ci ildə təqdim ediləcək digər iki cihaz ölçülərinə görə “6” və “6 Plus” modelləri ilə eyni olacaq.
KİV-in məlumatına görə, şirkət növbəti ilin ortalarında “iPhone 5C” smartfonunun istehsalını dayandıracaq.
Xatırladaq ki, 2014-cü ildə “Apple” şirkəti 4,7 və 5,5 düym diaqonallı ekranla təchiz edilmiş “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarını nümayiş etdirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL