waplog

“Asan İmza”nın tətbiqi müsbət qiymətləndirilib


 "Şəffaflıq Azərbaycan" təşkilatının «Elektron Xidmətlər və Elektron Hökumət İnfrastrukturunun Qiymətləndirilməsi» hesabatı geniş ictimaiyyətə təqdim edilib. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ATƏT-in Bakı ofisi, digər dövlət qurumları, biznes sektoru və vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla əməkdaşlığın nəticəsində ərsəyə gələn hesabatda Azərbaycanda elektron hökumət infrastrukturunun yaradılması istiqamətində görülmüş mühüm işlərə diqqət çəkilir, xüsusilə son iki ildə ölkədə elektron hökumət quruculuğunda yeni dinamikanın müşahidə olunması qeyd edilir.
 
Sənəddə Azərbaycanda elektron hökumətlə yanaşı, mobil hökumət konsepsiyasının da uğurla tətbiq edildiyi vurğulanır, mobil hökumətin zəruri komponenti olan mobil identifikasiya vasitəsi – "Asan İmza" mobil elektron imzanın mövcudluğu qeyd edilir. Hazırda "Asan İmza"nın daha çox yerli biznes sektoru tərəfindən istifadə edilməsi ilə yanaşı, bütün istifadəçi təbəqələri üçün əlçatan olması qeyd olunur. Hesabatda vurğulanır ki, "Asan İmza"nın istifadəsi digər elektron identifikasiya və imzayaratma vasitələri ilə müqayisədə daha rahatdır və ölkədə mobil imza istifadəçilərinin sayı smart-kart əsaslı elektron imza sahiblərinin sayından iki dəfə çoxdur.
 
Ümumilikdə, təhlillərə əsasən ölkədə elektron xidmətlərdən istifadənin vəziyyəti qənaətbəxş hesab edilmiş, son iki il ərzində 1,5 milyona yaxın vətəndaşın elektron xidmətlərdən istifadə etdiyi və hazırda 400-dək elektron dövlət xidmətinin mərkəzləşmiş qaydada vətəndaşlara təqdim edilməsi göstərilib.
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL