"Azercell"in prezidenti vəzifəsini tərk edir
2012-ci ilin sentyabr ayından etibarən "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç müqavilə müddətinin başa çatması ilə əlaqədar vəzifəsini tərk edib. O, "TeliaSonera" şirkətlər qrupu xaricində digər karyera imkanlarını nəzərdən keçirməyi qərara aldığından belə bir addım atıb.
14 ilə yaxın Qrup daxilində çalışmış Qaburiç "Azercell" şirkətinə rəhbər təyin edilməzdən əvvəl "Moldcell" şirkətinin prezidenti kimi fəaliyyət göstərib.
"TeliaSonera" şirkətlər qrupunun vitse-prezidenti və Avrasiya regionunun prezidenti Erik Hallberg K.Qaburiçin şirkətin prezident postunu tərk etməsini şərh edərək bildirib ki; "Müqavilə müddəti başa çatan Kiril Qaburiçə sərf etdiyi zamana və göstərdiyi səylərinə görə təşəkkürümü bildirmək istərdim. Böyük səmimiyyətlə ona gələcək işlərində yeni uğurlar arzu edirəm. Eyni zamanda, Vahid Mürsəliyevi icra edəcəyi yeni vəzifəsi münasibəti ilə təbrik edir, ötən 6 ay ərzində müşahidə etdiyimiz müsbət dönüşü davam etdirəcəyimizə səmimi şəkildə inanıram".
Məlumat üçün bildirək ki, "Azercell Telekom"un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən etibarən yeni prezident təyin edilənə qədər bu vəzifəni icra edəcək.
2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini alan V.Mürsəliyev Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. O, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL