Almatıda informasiya iqtisadiyyatına dair keçirilmiş təlim kursunda Azərbaycandan olan nümayəndələr də iştirak edib
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD), Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Şimali və Mərkəzi Asiya regional bölməsinin (NCA) təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində “İnformasiya iqtisadiyyatının statistikasının istehsalı” mövzusunda təlim kursu keçirilib.
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, komitənin nümayəndələri - Xidmət statistikası şöbəsi müdirinin müavini Fərhad Qubatov və Nəqliyyat, informasiya və rabitə statistikası sektorunun müdiri İsmayıl Süleymanov təlim kursunda iştirak ediblər.
Regional kurs Azərbaycandan, Belarusdan, Moldovadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Rusiyadan, Tacikistandan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçirilib.
İnformasiya iqtisadiyyatının statistik məlumatlarının istehsalına dair təlim kursu müəssisələrdə İKT-dən və İKT sektoruna aid olan beynəlxalq səviyyədə müqayisə oluna bilən statistik məlumatların rəsmi istehsalçılarının potensialının yüksəldilməsinə yönəldilib.
UNCTAD-ın metodologiyası əsasında təşkil olunmuş təlim kursu əsasən İKT göstəriciləri haqqında anlayışa, İKT sahəsində məlumatların toplanması strategiyasının hazırlanmasına, müəssisələrdə İKT müşahidəsinin layihələndirilməsinə, İKT müşahidəsi məlumatlarının işlənməsinə, İKT məlumatlarının yayılmasına dair bölmələri əhatə edib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL