waplog

Növbəti illər üzrə İT trendləri səsləndirilib


“Cisco” şirkəti 2015-ci ilin beş əsas texnoloji trendini müəyyənləşdirib.

ABŞ-ın şəbəkə avadanlığı istehsalçısı hesab edir ki, 2015 və sonrakı illərdə İT şirkətlərinin əməkdaşlığı, investisiyalar və İT ilə bağlı olmayan firmaların satın alınması hesabına informasiya-kommunikasiya texnologiyaları (İKT) sənayesinin sərhədi genişlənəcək. Bu sahəni təmsil edən şirkətlər başqa bazarlarda əməkdaşlıq əlaqələri axtaracaq və öz biznesinin əhatə dairəsini genişləndirəcək. Çünki İT, telekommunikasiya və şəbəkə texnologiyaları tədricən vahid həllərə çevrilir.
 
“Cisco” İKT bazarının gələcəyini mobil texnologiyalarsız təsəvvür etmir. İstehsalçı qeyd edib ki, mobil proqram təminatı “əşyaların interneti” ilə işləyən şirkətlər üçün geniş imkanlar təmin edir.
 
İnternetə qoşulmuş qurğuların sayının artması ilə əlaqədar avtonom şəbəkələr fundamental əhəmiyyətə malik olacaq, şəbəkə funksiyalarının virtuallaşdırma texnologiyaları (network function virtualization, NfV) və proqramla müəyyən edilən şəbəkələr (software defined networking, SDN) ən mühüm rol oynayacaq. “Cisco”dan hesab edirlər ki, onların köməyi ilə dünya şəbəkələrinin konfiqurasiyası daha da sadələşəcək.
 
Daha bir mühüm trend informasiya təhlükəsizliyi ilə bağlıdır. İnternetə qoşulmuş "əşyaların interneti" dünyasında ən müxtəlif elektronika mövcuddur. Belə müxtəliflik onlarla yeni rəqəmli platforma, standartlar yaradacaq.

Bundan ötrü etibarlı müdafiəyə ehtiyac var.
 
“Cisco” ekspertləri real vaxt rejimində böyük məlumatların təhlili alətlərinin gələcəyini görürlər. Artıq indi belə vasitələr oyun sənayesi, İT təhlükəsizlik və neft sənayesi bazarı daxil olmaqla müxtəlif sahələrdə istifadə olunur. Yaxın 10  ildə real vaxt rejimində təhlil təbii resurslardan istifadəni optimallaşdırmağa kömək edəcək, nəticədə insanlar kənd təsərrüfatı və neft yataqlarının məhsullarından daha effektiv istifadəyə başlayacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL