Nəhəng İT şirkətləri “startup”ları satın almaqda davam edir
Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyinin (Korea Trade-Investment Promotion Agency, KOTRA) məlumatına görə, 2013-cü ildə on iri informasiya texnologiyaları (İT) şirkəti 107 “startup”ı (fəaliyyətə yeni başlayan şirkət) satın alıb. Ən çox alışı “Yahoo!” (22 sövdələşmə), “Google” (19) və “Facebook” (10) şirkətləri həyata keçirib.
Hazırda da “startup”lara maraq var. “Google” 2014-cü ildə "Divide” (şirkətin əlavələri qurğularda şəxsi və iş informasiyasını bölməyə imkan verir), “JetPac” (şəhərlər üzrə sorğu kitabçalarının "Instagram” şəbəkəsində açıq informasiya əsasında inkişafı ilə məşğuldur) və "Nest Labs” şirkətlərini satın alıb. Sonuncu şirkət “Google”un cari ildə həyata keçirdiyi ən böyük alışdır: innovativ ev texnikası (elektrik enerjisinə qənaətcil termostatlar, tüstü və karbon qazı cihazları) istehsal edən şirkətə görə internet nəhəngi 3,2 milyard dollar ödəyib.
“Apple” şirkəti də kənarda qalmayıb. Əvvəllər KİV-də ABŞ şirkəti tərəfindən satın alınan şirkətlər arasında işıqlandırılanlardan “BookLamp” kitab axtarışı servisini və “Prss” kitab nəşri üçün platformanı, eləcə də "LuxVue” az enerji sərf edən ekran istehsalçısını qeyd etmək olar. Başa çatan ildə “Apple”ın ən böyük sövdələşməsi 3 milyard dollara satın aldığı "Beats Electronics” şirkəti olub. 2014-cü ilin sentyabrın sonunda başa çatmış ötən maliyyə ilində ABŞ istehsalçısı 29 müxtəlif səviyyəli şirkəti satın alıb.
“Samsung Electronics” bu il "Selby” mobil əlavələr tərtibatçısına, "SmartThings” “Əşyalar interneti” platforması istehsalçısına və "PrinterOn” “bulud” servisinə sahib çıxıb, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL