Azərbaycanda “IBM” proqram təminatı və avadanlıqları ilə iş üzrə təlim xidmətləri təqdim ediləcək
Rusiyanın “Kudits” təlim mərkəzi “IBM” təlim xidmətləri dünya provayderi “Global Knowledge” ilə əlavə razılaşma imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “IBM” proqram təminatı və avadanlıqları ilə iş üzrə təlim xidmətləri təqdim edən “Kudits” təlim mərkəzi Azərbaycanda, Gürcüstanda, Özbəkistanda və Qırğızıstanda işləyə biləcək.
Ehtimal edilir ki, razılaşma “IBM”-in təlim mərkəzlərinin MDB-də iştirakını genişləndirməyə və bu bazarda öz iştirakını möhkəmləndirməyə imkan verəcək. Razılaşma 2018-ci ilədək qüvvədə olacaq və bu müddətdən sonra davam etdirilə bilər.
Azərbaycanda mərkəz tamçeşidli təhsil xidmətləri göstərəcək və “Mainframe” (IBM System z), “IBM Power” (System p), “IBM Power” (System i), “IBM System x”, “IBM System Storage”, “IBM WebSphere Software”, “IBM Tivoli Software”, “IBM Rational”, “IBM Information Management Software”, “IBM Lotus Software” və s. istiqamətlər üzrə təlimlər təşkil edəcək.
Qeyd edək ki, 2014-cü ildən etibarən “IBM” üzrə təlimlər dünyada “Global Skill Initiative” proqramı çərçivəsində həyata keçirilir. Onun əsas məqsədi “IBM”-in məhsul və həlləri üzrə avtorizə edilmiş təlimlərin əlçatımlığını artırmaqdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL