waplog

Yaponiya şirkəti xaricdə çip istehsalı üzrə zavod tikmək niyyətindədir


Yaponiyanın “Toshiba” şirkəti ölkə xaricində çip istehsalı üzrə zavod inşa etmək niyyətindədir.
 
“Toshiba” prezidenti Hisao Tanakanın jurnalistlərə bildirdiyinə görə, yeni müəssisənin inşa olunacağı yer şirkət üçün 2015-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində müəyyənləşəcək. Şirkət rəhbərinin sözlərinə görə, “Toshiba” zavodun xarici dövlətlərin ərazisində inşası məsələsini müzakirə edəcək.  
 
H.Tanaka qeyd edib ki, artıq "Samsung” və “SK Hynix” şirkətlərinin Çində zavodları fəaliyyət göstərir. Lakin o, jurnalistin zavodun Çində açılması ilə bağlı sualına “Samsung”un ABŞ-da da zavodunun olması cavabını verib. Yaponiya istehsalçısının prezidenti şirkətin seçimi yerli bazarda da edə biləcəyini istisna etməyib.
 
2014-cü ilin sentyabrında “Toshiba” Yaponiyanın Yokkaiti şəhərində fləş-yaddaş mikrosxemləri istehsalı üzrə zavod açıb. Layihəyə yatırılan investisiyaların məbləği 400 milyard yen (3,3 milyard dollar) məbləğində qiymətləndirilir. 2017-ci ildə istismara verilməsi planlaşdırılan yeni istehsal obyektinə qoyulacaq investisiyaların məbləği hələ ki naməlumdur.
 
H.Tanaka vurğulayıb ki, yaddaş çiplərinə tələbatın "Toshiba”-nın istehsal imkanlarını üstələməsinə görə şirkət onları artırmaq məcburiyyətindədir. Cari maliyyə ilinin yekunları üzrə istehsalçı yarımkeçiricilər biznesinə 200 milyard yen (1,66 milyard dollar) yatırmaq niyyətindədir, - "3DNews yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL