İki qurumun məlumat bazalarında abonent kodları FİN-ə uyğunlaşdırılır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qurumlara məlumat bazalarının təkmilləşdirilməsi, məlumatların Fərdi İdentifikasiya Nömrəsinə (FİN) uyğunlaşdırılması istiqamətində hər cür dəstək göstərir.
Mərkəzdən verilən məlumata görə, hazırda “Azərenerji” ASC və “Azərsu” ASC-nin məlumat bazalarında abonent kodlarının FİN-ə uyğunlaşdırılması üzərində iş gedir. Bu proses başa çatdıqdan sonra həmin qurumların təqdim etdiyi e-xidmətlər sadələşməklə yanaşı, həm də digər qurumlarla portal üzərindən informasiya mübadiləsi imkanı yaranacaq.
Belə ki, təkcə autentifikasiyadan keçməklə, abonent kodunu daxil etmədən kommunal xidmət haqlarının ödənilməsi və borcun olmaması haqda elektron arayışların portal vasitəsilə verilməsi mümkün olacaq.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL