waplog

2015-ci ildə dünyada hər dördüncü telefonun ekran ölçüsü 5 düymü ötəcək


Qlobal smartfon bazarında böyükölçülü aparatlara tələbatın sabit artımı müşahidə olunur. “Strategy Analytics” analitik şirkətinin əməkdaşları əmindirlər ki, bu tendensiya gələn il də saxlanılacaq.
 
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə 5-dən 5,99 düymədək diaqonallı ekranla təchiz edilmiş fabletlər qlobal mobil telefon satışlarının 25 faizini tutacaq. Bu qurğular "superfon"larla (onların ekranı 4-dən 4,99 düymədək təşkil edir) birgə mobil telefon bazarının 80 faizinə nəzarət edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, analitiklər "planşetofon"ların geniş yayılmasını multimedia, oyun və naviqasiya xidmətlərinin populyarlığı, həmçinin satış qiymətinin azalması və inkişaf etməkdə olan bazarlara nüfuzetmə səviyyəsinin artımı ilə əlaqələndirir. 2013-cü ildə fabletlərin orta satış qiyməti 568 dollar olduğu halda, bir il sonra 397 dollar olub.
 
“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ildə istehsalçılar 318 milyon fablet buraxacaqlar. Ötən il bu göstərici 175 milyon olub.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL