waplog

“Samsung Z1” aparatının texniki xüsusiyyətləri məlum olub


Yeni “Samsung Z1” smartfonunun texniki xüsusiyyətləri internetdə dərc olunub. Bu aparat “Tizen” əməliyyat sistemi ilə işləyir.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Samsung Z1” smartfonu ucuz həldir. Aparat 800×480 piksel təsvir ölçülü 4 düymlük ekran, 1,2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 768 MB əməli yaddaş və 4 QB tutumunda daxili fləş yaddaşla təchiz edilib. “MicroSD” formatlı yaddaş kartından istifadə etmək olar. Qurğu iki SİM kartdan istifadəni dəstəkləyir, “Wi-Fi b/g/n” və “Bluetooth 4.0” simsiz rabitə modulları, “GPS” naviqasiya modulu və “FM” radio var. Akkumulyator batareyasının tutumu 1500 milliamper/saat təşkil edir. Arxa paneldə LED işıqlandırıcıya malik 3 meqapiksellik, ön paneldə isə 0,3 meqapiksellik kamera quraşdırılıb.
 
Aparatın yanvarın 18-də nümayiş etdiriləcəyi gözlənilir. İlk öncə qurğu Hindistan, bundan sonra Koreya və Çin bazarlarına çıxarılacaq.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL