ƏMDK xidmətlərini tam elektronlaşdırmaq niyyətindədir
2015-ci ildə də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunan “e-xidmət”lərin sayının artırılması və komitənin fəaliyyət sahələri üzrə xidmətlərin tam elektronlaşdırılması nəzərdə tutulur.
Bu barədə adıçəkilən komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib.
O bildirib ki, elektron xidmətlərə icarə haqqı borcları, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxışın hazır olma tarixi barədə məlumatların SMS vasitəsilə göndərilməsi və digər xidmətlər aid olacaq.
Q.Xəlilovun sözlərinə görə, ötən illər ərzində ƏMDK-da elektron xidmətlərin tətbiqi genişləndirilib. Ümumilikdə 29 “e-xidmət” vətəndaşların istifadəsinə təqdim edilib. Komitənin göstərdiyi e-xidmətlərin hamısının “Elektron hökumət” portalına inteqrasiya olunduğunu vurğulayan şöbə müdiri vurğulayıb ki, onlardan da bu günə kimi 111 mindən çox fiziki və hüquqi şəxs yararlanıb:
“Yeni istifadəyə verilən elektron xidmət vasitəsilə mülkiyyətçilər daşınmaz əmlak barədə reyestr məlumatlarla tanış ola bilərlər. Artıq reyestr məlumatları onlayn rejimdə verilir. Vətəndaşlar daşınmaz əmlakın yüklü girovda və ya həbsdə olması və digər məlumatları da eyni qaydada əldə edə bilərlər”.
Digər xidmətlər haqqında danışan Q.Xəlilov bildirib ki, dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icrası üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair interaktiv xidmətlər də təqdim olunur.
2014-cü ildə daşınmaz əmlakla bağlı dövlət qeydiyyatı və onun ləğvi, xidmət haqlarının ödənməsi, ünvan arayışlarının verilməsi ilə bağlı digər xidmətlər də istifadəyə verilib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL