waplog

Elektron Səhiyyə Mərkəzinin açılışı olub


Bakıda bu gün “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin açılışı olub.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, mərkəzin yaradılmasında əsas məqsəd şəffaflığı qorumaq, vaxt itkisinə yol vermədən əhaliyə keyfiyyətli və səmərəli sosial xidmətlər göstərməkdir. “Bir pəncərə” sistemi ilə fəaliyyət göstərəcək mərkəzə müraciət edən vətəndaş birbaşa məmurla deyil, xüsusi təcrübəli mütəxəssislərlə ünsiyyətdə olacaq.

Nazirliyə yazılı müraciət etmiş şəxslər xüsusi quraşdırılmış tabloda müraciətinin hansı mərhələdə olmasını öyrənə biləcəklər. Bütün prosedurlar peşəkar və xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən icra olunacaq.
 
Mərkəzdə ümumilikdə əlaqələndirici, operator və texniki heyət nəzərə alınmaqla 10 nəfər əhaliyə xidmət edəcək. Aşağı mərtəbədə xüsusi otaq nəzərdə tutulub. Burada problemli vətəndaşlar qəbul olunacaq və onlara lazımi yardım göstəriləcək. Eyni zamanda, bu mərtəbədə uşaqlı anaların rahatlığı üçün xüsusi guşə hazırlanıb.

Mərkəzdə vətəndaşlar işə qəbulla bağlı, tibb işçilərinin sertifikasiyadan keçməsi və ixtisas kurslarına göndərilməsi, lisenziyaların verilməsi və s. xidmətlərdən yararlana biləcəklər.



Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL