Dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin sayı açıqlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri 2014-cü il ərzində iş planına və idarəyə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirərək 830 akt tərtib edib.
DRİ-dən verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 456 ədəd idarədə qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 286 ədədi möhürlənib, 129 ədədi qeydiyyata salınıb və 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 37 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL