“Xbox Live” oyun xidmətinin yaradıcısı “Microsoft” şirkətini tərk edib
“Xbox Live” oyun xidmətinin yaradıcısı Boyd Malterer “Microsoft” şirkətini tərk edir. Top-menecer bu haqda öz “Twitter” bloqunda yazıb. "Əlvida, Microsoft! “Xbox” üzərində işləmək çox gözəl idi. Yeni işlə məşğul olmaq vaxtı çatıb" – Malterer yazıb.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Malterer “Microsoft” korporasiyasında 17 il işləyib. O, 2000-ci ilin əvvəllərindən “Xbox Live” onlayn-xidmətinin hazırlanmasına və işə salınmasına rəhbərlik edib. Bundan sonra Malterer “Xbox” oyun konsollarının hazırlanması bölməsinə rəhbərlik edib.
“Microsoft” korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısıdır. Şirkətin məhsullar portfelinə “Windows” əməliyyat sistemi, “Microsoft Office” proqramı, “Skype” proqramı, “Bing” axtarış sistemi, həmçinin “Xbox” oyun konsolları daxildir. 2014-cü ilin üçüncü rübündə “Microsoft”un xalis mənfəəti 4,54 milyard dollar, mədaxili 23,2 milyard dollar təşkil edib. “NASDAQ” birjasında şirkətin kapitallaşması 391,12 milyard dollar olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL