waplog

Müxtəlif xəstəliklər üzrə yaradılan tibbi elektron registrlərin sayı 16-ya çatdırılıb


Səhiyyə Nazirliyində 2014-cü il ərzində informasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi, elektron proqramlarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması nazirliyin prioritet istiqamətlərindən biri olub.

Hesabat ilində digər dövlət qurumları ilə informasiya mübadilələrinin inkişafı məqsədilə 5 rəsmi statistik forma və tibbi arayış tam elektronlaşdırılaraq 500-dən çox tibb müəssisəsində tətbiq edilib.
 
Respublika üzrə qan ehtiyatlarının monitorinqinin avtomatlaşdırılması məqsədi ilə “Vahid Qan Bankı Sistemi” təkmilləşdirilib. Nazirlikdən qeyd edilib ki, səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır:
 
 “Nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində 28 elektron xidmət artıq fəaliyyət göstərir. Dövlət proqramlarına uyğun olaraq müxtəlif xəstəliklər üzrə tibbi elektron registrlərin yaradılması və inkişafı davam etdirilib. Hazırda registrlərin sayı 16-ya çatdırılıb”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL