“iPad” planşetlərinin satış həcmi azalıb
"ABI Research" analitik şirkətinə istinadən "CNBC" yazır ki, "Apple" şirkəti 2014-cü ilin nəticəsinə görə ilk dəfə "iPad" planşetlərinin illik satış həcminin azalmasını qeydə alıb.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, ekspertlərin məlumatına görə, 2014-cü ildə "Apple" şirkəti təxminən 68 milyon "iPad" satıb. Müqayisə üçün, 2013-cü ildə bu göstərici 74,2 milyon təşkil edib. Beləliklə, analitiklər satış həcminin 8 faiz azalmasını proqnozlaşdırır.
2014-cü il üçün rəsmi məlumatlar yanvarın sonunda, "Apple" dekabr rübü üzrə maliyyə nəticələrini elan etdikdə məlum olacaq. Amma geridə qoyduğumuz ilin əvvəlki üç rübündə satışların həcmi azalıb: "alma" şirkəti 9 ayda təxminən 42 milyon "iPad" satıb. Müqayisə üçün, 2013-cü ilin müvafiq dövründə bu göstərici 48.2 milyon təşkil edib.
Məlumat üçün bildirək ki, "iPad" planşetinin ilk modeli 2010-cu ildə çıxarılıb. Son hesabat rübündə şirkətin gəlirinin 12 faizi planşetlərin payına düşüb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL