Təhsil Nazirliyi yeni elektron xidmətlərin tətbiqi üzrə işlərə başlayıb
Təhsil Nazirliyi yeni elektron xidmətlərin tətbiqi üzrə işlərə başlayıb. Nazirlikdən bildirilib ki, hazırda təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması üzrə elektron xidmətlərin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 6 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir. Buna baxmayaraq, “Elektron hökumət” (www.e-gov.az) portalına nazirliyin cəmi iki xidməti inteqrasiya edilib. Vahid portalda yer alan elektron xidmətlərdən biri “2007/2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı üçün elektron ərizə”, digəri isə “Diplom haqqında məlumatlar”dır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL