waplog

Tayvan şirkəti “5G” şəbəkəsinə 125 milyon dollar yatıracaq


Tayvanın “Foxconn” adı ilə tanınan "Hon Hai Precision Industry” elektronika istehsalçısı beşinci nəsil şəbəkəsinin (5G) inkişafına 4 milyard Tayvan dolları (126,2 milyon ABŞ dolları) məbləğində investisiya yatırmaq niyyətindədir. Bu texnologiya ilə şirkətin 200-ə yaxın texniki mütəxəssisi məşğul olacaq.
 
Şirkət pul və kadr resurslarının ayrılması ilə yanaşı, Avropanın “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı ilə tərəfdaşlıq əlaqələri quraraq 2016-2018-ci illərdə onunla birlikdə “5G” standartını inkişaf etdirmək istəyir. Texnologiyanın inkişafı ilə paralel olaraq "Samsung Electronics” və “Huawei” şirkətləri də məşğuldur.
 
“Foxconn”un məqsədi “5G”-nin mənimsənilməsində lider olmaq və bu işdə Tayvanın operator və istehsalçılarını qabaqlamaqdır. Planın həyata keçirilməsi üçün şirkət Tayvan hökumətindən yardım istəyib və tərəfdaşlar axtarmağa başlayıb.
 
Tayvan istehsalçısı artıq bir sıra telekommunikasiya həlləri təklif edir və rabitə bazarında iş üçün lazım olan bütün lisenziyalara malikdir.
 
Məlumat üçün bildirək ki, “5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bu şəbəkənin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq, - "DailyComm” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL