Çin 2020-ci ilədək patentlərini üç dəfə artıracaq
Çin ölkədə kənd təsərrüfatından əczaçılığadək yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın artımını nəzərdən keçirir. Ölkə 2020-ci ilədək patentlərin sayını üç dəfə artırmaq niyyətindədir.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Çinin hədəfi 2020-ci ilədək hər 10 min nəfər əhalidən 14 ixtira əldə etməkdır. "Thomson Reuters"in son araşdırmalarına əsasən ötən ilin dekabr ayınadək 629,612 patent nəşr edilib, bu da ABŞ-la müqayisədə 200 min ixtira çoxdur.
Pekin yüksək texnoloji sənaye bazarının irimiqyaslı iştirakçısı olmaq istəyir və buna görə dövlət öz istehsal bazasının zəif artımı və artan qiymətləri ilə mübarizə aparır. Ehtimal edilir ki, Çində və xaricidə işləyən innovasiya sektorunda çalışan böyük istehsalçılar üçün problem yaradacaq.
"İnnovasiya əmlakı getdikcə Çinin strateji resurslarının və rəqabətədözümlüyünün həyati məna daşıyan bir hissəsinə çevrilir", - deyə Çinin rəsmi saytlarından birində bildirilir.
Məlumatda eyni zamanda bildirilir ki, 2020-ci ilədək, yerli bazar iştirakçılarının xeyrinə işləyən qanunlardan narazı olan xarici firmaların mübahisələrinə səbəb olan, Çin innovasiya əmlakını müdafiə etmək üçün hüquq mühiti və menecmentini yaxşılaşdırmaq niyyətindədir.
Pekin həmçinin ticarət nişanlarının sifarişin və patentin verilməsi üçün baxış prosesinin vaxtının azaldılması imkanını nəzərdən keçirir. Patentə baxış vaxtı 2013-cü ildəki 22,3 aydan 2020-ci ildə 20,2 ayadək azaldılacaq. Ticarət nişanlarının sifariş müddəti isə 10 aydan 9 ayadək qısaldılacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL