Kompüter mühəndisliyi ixtisasları üzrə SABAH qruplarına əlavə qəbullar aparılıb
Ölkədə böyük tələbat sayılan bir sıra sahələr istiqamətində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları üzrə təhsil almağa maraq artıb. Bu səbəbdən SABAH qruplarına aparılan əlavə tələbə qəbulu başa çatıb. Təhsil Nazirliyi tərəfindən yaradılan bu qruplara əlavə qəbul 2014-2015-ci tədris ili üzrə tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.
Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan SABAH qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompüter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər.
Bununla, SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb. Bu qruplara ixtisasların sayı da artaraq, 33-dən 37-yə yüksəlib. Qeyd edək ki, SABAH qruplarının 7 ali məktəbdə təhsil alan tələbələrindən 200-ə yaxını yataqxana ilə təmin olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL