waplog

Yaponiya şirkətinin noutbuk istehsalı üzrə keçmiş bölməsi smartfonlar buraxmağa başlayacaq


Yaponiyanın "Sony” şirkətinin noutbuk istehsalı üzrə keçmiş "Vaio” bölməsi eyniadlı smartfonlar buraxmağa başlayacaq. Bu barədə Yaponiyanın “Nikkei” informasiya agentliyi məlumat verib.

Məlumata görə, “Vaio” mobil qurğuları 2015-ci ilin yanvarında təqdim oluna bilər. “Vaio” 5 düym displeyli “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon hazırlayıb və əlavə buraxmağı planlaşdırır. Onun köməyi ilə poçtu, eləcə də səsli və videozəngləri idarə etmək mümkün olacaq. Şirkət qurğunu Yaponiyanın “Japan Communications” operatoru ilə əməkdaşlıqda satacaq.

2014-cü ilin fevralında “Sony” hazırda diqqətin smartfon istehsalına yönəldilməsini nəzərdə tutan strategiyanın dəyişməsi çərçivəsində “Vaio” brendli noutbuk və netbukların buraxılışından imtina edib. “Vaio”nun əsas sahibi "Japan Industrial Partners” investisiya şirkətidir, “Sony” 5 faizlik payla kifayətlənib, - “TASS yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL