waplog

Azərbaycanda nağdsız ödənişlər və elektron bankçılığın miqyası genişləndiriləcək


Azərbaycanda nağdsız ödənişlər və elektron bankçılığın miqyası genişləndiriləcək.

Bu tədbir dövlətin bank siyasətinin növbəti ildə əsas hədəflərindən biridir. 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatını yayan  Mərkəzi Bankdan (MB) bildirilib ki, hesabat ilində iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsi davam edib, maliyyə infrastrukturundan istifadə səviyyəsi yüksəlib:
 
“Hər 100 min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 10-a çatıb. Əhaliyə maliyyə xidmətləri göstərən “Azərpoçt”un filialları nəzərə alınmaqla bu göstərici 20 təşkil edir. Həmçinin 2014-cü ildə Maliyyə savadlığının artırılması üzrə müxtəlif intellektual resurslardan ibarət “Maliyyə Maarifləndirilməsi Portalı”nın yaradılması tamamlanıb. Müvəkkil banklar, sığorta şirkətləri, qiymətləndiricilər və İpoteka Fondu arasında “Elektron ipoteka”nın tətbiqinə başlanılıb”.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL