2014-cü ildə internetdə daha çox istifadə olunan simvol müəyyənləşib
2014-cü ildə dünya internetində ən populyar simvol ürək təsvirini bildirən "smaylik" olub. Bu barədə ABŞ-ın sayt, bloq və sosial şəbəkələrin dilini tədqiq edən "The Global Language Monitor" (GLM) fondunun tədqiqatında deyilir.
Məlumata görə, "smaylik"lərin təkmilləşdirilmiş variantı "emodzi"lər (animasiyalı rəngli şəkillər) istifadəçilər üçün getdikcə daha çox öz fikirlərini bildirməyə xidmət etməklə söz və hərfləri tam əvəz edir. Hazırda kompüter və mobil elektron qurğular 722 "emodzi"ni "başa düşür". 2015-ci ildə onlara daha 250-sinin əlavə olunacağı gözlənilir.
"Bu gün ingilis dili öz dördyüzillik tarixində ən geniş dəyişmə dövrünü yaşayır, istifadə olunan simvolların sayı yüksək sürətlə artır", - "GLM" prezidenti Pol Peyak deyib.
Qeyd olunur ki, daha çox istifadə olunan sözlər arasında həmçinin "nano", "fotobomba" (başqasının fotoşəkilini korlamağa cəhd), "xilafət", "kometa", "şəffaflıq" və s. sözlər yer alıb. Bundan başqa, populyar ifadələr onluğuna "Əllər yuxarı, atəş açmayın" (ifadədən daha çox istifadə ABŞ-da polis tərəfindən bir neçə qaradərili amerikalının öldürülməsinə etiraz dalğası ilə əlaqədardır), "iqlim dəyişikliyi" və "iritutumlu məlumatlar" daxildir.
Populyar adlar arasında "Ebola" virusu, Roma Papası Fransisk, Birinci Dünya Müharibəsi, "Malaysia Airlines" aviaşirkətinin 370 nömrəli reysi (martda Kuala Lumpurdan Pekinə uçan zaman itən təyyarə), "Ice Bucket Challenge" fləş-mobu, ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), eləcə də Krım və Soçi Olimpiadası var, - "RİA Novosti" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL