waplog

“Ağıllı” avtomobillərə çiplərin tətbiqi genişləndirilir


“Nvidia” şirkəti avtomobillər üçün avtopilot sistemi üzərində işləyən yeni prosessor təqdim edib. 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Las-Veqasda keçirilən CES sərgisində “Nvidia” şirkətinin icraçı direktoru Jen-Qsun Xuan bildirib ki, “Tegra X1” çipi avtomobilin interaktiv məlumatları vasitəsi ilə  güzgülərə tətbiq edilmiş ekranları, panelləri, naviqasiya sistemlərini və sərnişin oturacaqlarını əhatə edir.
 
“Gələcəkdə avtomobillərdə bir sıra interaktiv imkanlar tətbiq ediləcək. Maşınlarda displeylərin sayı artacaq”, deyə Xuanq bildirib.
 
“Tegra X1”-in həcmi ondan öncəki “Tegra K1”-ə nisbətən iki dəfə artırılıb. Çip bazara   bu ilin əvvəlində çıxarılacaq”, - deyə “Nvidia”da qeyd ediblər.
 
Yeni platforma iki X1 çipdən ibarətdir və 12 yüksəkkeyfiyyətli kameradan toplanan məlumatları emal edərək hərəkətə, ölü zonalara və sürücüyə eləcə də digər təhlükəsizlik şərtlərinə   nəzarət edə bilər.
 
“Qualcomm” kimi smartfon və planşet çipi istehsalçısı ilə rəqabət aparan  “Nvidia” artıq öz fəaliyyətini genişləndirərək “Tegra” mobil çiplərinin avtomobillərdə tətbiqinə başlayıb və bu çiplərlə “Audi”,  “BMW” və “Tesla” kimi istehsalçılar təchiz edilir.
 
Aynur Vəliyeva
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL