Qiymətli metalların innovativ hasilat texnologiyası hazırlanıb
AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının apardığı elmi-texniki tədqiqat əsasında Elmi İnnovasiyalar Mərkəzi tərəfindən “Qiymətli metalların quyu vasitəsilə hasilatının innovativ texnologiyası” adlı innovativ biznes layihəsi hazırlanıb.
Mərkəzdən bildirilib ki, layihə qızıl, gümüş və digər qiymətli metalların yeni yeraltı texnoloji üsulla çıxarılmasını əhatə edir.
Alimlərin işləyib hazırladıqları mobil texnoloji pilot qurğusu metalları filizlərdən bilavasitə yatım yerində çevrəyə qaytarılan zərərsiz məhlullarla yuyub çıxarma imkanını yaradır.
Avtomatik rejimdə çalışan və avtomobil qoşqusu içində qurulan mobil kompleks az ehtiyatlı, dərində yerləşən filizlərin işlənməsini qazanclı şəkildə təmin edə bilir. Bu texnologiya Böyük və Kiçik Qafqazın bəzi qızıl yataqlarında sınaqdan keçirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL