“LG” ikinci nəsil bükük smartfonunu nümayiş etdirib
“LG” şirkəti ikinci nəsil bükük smartfonunu çıxarıb. “G Flex 2” modelinin xüsusiyyətləri şirkətin qabaqcıl “LG G3” modelinin göstəriciləri ilə müqayisə oluna bilər. Bu haqda “The Verge” resursu yazıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “LG” şirkətinin mobil qurğular üzrə arxitektoru Ramçan Vu resursa izah edib ki, yeni telefonun hazırlanması zamanı şirkət “Flex G” istehsal xəttinin birinci versiyasındakı səhvləri nəzərə alıblar. Məsələn, ekranın ölçüsü 6-dan 5,5 düymədək azaldılıb ki, onu əldə saxlamaq daha asan olsun. Bu halda ekranın təsvir ölçüsü “Full HD” (1920x1080 nöqtə) formatınadək artırılıb.
Smartfon optik sabitləşmə imkanına malik 13 meqapiksellik kamera, parlaq “OLED” ekran, “Qualcomm” şirkətinin yeni “Snapdragon 810” prosessoru ilə təchiz edilib. Smartfonu idarəetmə düymələri arxa panelə keçirilib.
Vu deyib ki, smartfon cari ayın sonunadək Cənubi Koreyada satışa çıxarılacaq və satış qiyməti qabaqcıl “LG G3” modelindən daha baha olacaq. “The Verge” nəşrinin müxbiri yeni smartfonun möhkəmliyini sınaqdan keçirib (qurğunun üstünə çıxıb, həmçinin 6 metr hündürlükdən yerə tullayıb). Qurğu işləməyə davam edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL