“CES 2015”: “Kodak” şirkəti “IM5” smartfonunu nümayiş etdirib
“Kodak” şirkəti “CES 2015” beynəlxalq elektronika sərgisində “IM5” adlanan ilk smartfonunu nümayiş etdirib. Qurğu “Bullitt” şirkəti tərəfindən istehsal edilib, amma “Kodak” brendi adı altında satılacaq.
Smartfon 1280x720 piksel təsvir ölçülü 5 düymlük sensor “IPS” ekran, 1.7 QHs takt tezlikli səkkiznüvəli “MediaTek” prosessoru ilə təchiz edilib və “Android 4.4.2 KitKat” əməliyyat sistemi quraşdırılıb.
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, əlbəttə ki, fotoaparat brendinin smartfonunda kameralar böyük maraq doğurur. “Kodak IM5” smartfonu 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Amma interfeysin müvafiq böyük düymələrinin mövcudluğu nəticəsində çəkilmiş materialı tez bir şəkildə sosial şəbəkə və ya çapa göndərmək olar.
Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 8 QB təşkil edir, həmçinin “microSD” yaddaş kartlarından istifadə etmək olar. “Kodak IM5” smartfonu eyni zamanda iki SİM kart dəstəkləyir və çəkisi 120 qramdır. Bu qurğunun cari ilin birinci rübündə Avropada 299 avroya satışa çıxarılacağı gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL