waplog

“Sony” şirkəti “4K” televizorlar təqdim edib


Yaponiyanın “Sony” şirkəti Las-Veqasda keçirilən “Consumer Electronics Show 2015” (CES) istehlak elektronikası sərgisində 43-75 düym diaqonallı ekrana malik “4K” formatlı televizorlar nümayiş etdirib.

“Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər yaxşılaşdırılmış səs sistemi və təkmilləşdirilmiş “X1” təsvir emalı prosessoru ilə seçilir.
 
Yaponiya istehsalçısının televizorları mikrofonla təchiz edilən pultla tədarük edilir. Mikrofon qurğunu səslə idarə etmək üçün nəzərdə tutulub.
 
Bundan başqa, yeni “Sony” televizorları dizaynı və nazikliyi ilə fərqlənir. Məsələn, qabaqcıl “X940C” modelinin qalınlığı cəmi 4,9 mm təşkil edir ki, bu da “iPhone 6” smartfonundan nazikdir. Satışına yazda başlanılacaq televizorların qiyməti hazırda məlum olmasa da, onların yüksək olacağı ehtimal edilir.
 
Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək, - “Onliner” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL