waplog

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin maliyyə mənbələri dəyişdirilib


Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında” 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında dəyişikliklər edib.
 
“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, artıq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərməyəcək.
 
İdarənin fəaliyyətinin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin “Təhsil” bölməsində təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL