“eManat” terminallarında yaxın zamanda bütün kommunal xidmət haqlarını ödəmək olacaq
“Modenis” şirkətinin “eManat” ödəniş sisteminin göstərdiyi xidmətlərin çeşidi yaxın günlərdə daha da genişləndiriləcək.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yaxın günlərdə "Azərenerji" üzrə ödəmələri "eManat" terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.
Ötən ayın son günlərində terminallarda artıq “Azərsu”nun xidmət haqlarının qəbulu təşkil olunub. Beləliklə, yaxın zamanda “e-Manat” terminallarında bütün kommunal xidmət haqlarını ödəmək mümkün olacaq.
Hazırda “eManat” terminalları Bakının və bölgələrin ən müxtəlif ictimai məkanlarında quraşdırılıb. Ödəmə terminalları vasitəsilə kommunal xidmətlər, mobil rabitə, internet, bank kreditlərinin geri ödənişi və s. ödənişləri həyata keçirmək mümkündür. “eManat” vasitəsilə ödəmə xidmətləri pulsuzdur. Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir.
Gələcəkdə şirkət şəbəkəsində nəqliyyat kartlarının qəbulunu da təşkil etmək niyyətindədir.
Hazırda “eManat” terminallarında “Unibank”ın, “Bank of Baku”nun, “VTB Bank”ın, “Bank Respublika”nın və s. bankların, bütün mobil operatorların, stasionar rabitə, həmçinin kommunal xidmətlər operatorlarının və bir sıra internet provayderlərin xidmət ödənişləri qəbul edilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL