waplog

Bil Qeyts insanın təbii ehtiyaclarından hazırlanmış su içib (VİDEO)


"Microsoft" şirkətinin yaradıcısının öz videobloqunda dərc etdiyi çarxda "Omniprocessor" adlı qurğu göstərilib. Bu qurğu insanın təbii ehtiyaclarını təmiz içməli suya və elektrik enerjisinə çevirir.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, videoçarxda "Omniprocessor" qurğusunun iş prosesi göstərilib. Qurğu ilk öncə kanalizasiyadan materialı götürür, bundan sonra material temperaturun təsiri altında su buxarı və quru tullantılara bölünür. Sonuncu  elektrogeneratoru hərəkətə gətirən mühərrik üçün yanacaq kimi istifadə olunur.
 
Su buxarı krandan axan təmiz içməli suya çevrilir. Bil Qeyts nəcisdən hazırlanmış suyu içib və deyib ki, məmnuniyyətlə bu suyu hər gün içər.
 
 
"Omniprocessor" inkişafdan geri qalmış ölkələrdə içməli su çatışmazlığını həll etmək üçün nəzərdə tutulub. Qurğunun işlək prototipi hələ ki yalnız ABŞ-ın Siyetl şəhərinin yaxınlığında işləyir, ancaq ilin sonunadək bu qurğunun Seneqalda tədarükü planlaşdırılır.
 
 


Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL