waplog

Enerjini simsiz üsulla 4.7 metrədək ötürmək mümkün olacaq


Mobil qurğu batareyalarının simsiz enerji ilə doldurulması üçün mövcud qurğular enerjini yalnız kiçik məsafəyə (cəmi bir neçə santimetr) ötürmək imkanına malikdir. “Energous” şirkəti bu vəziyyəti düzəltmək üçün işə başlayıb. Sözügedən şirkətin hazırladığı texnologiya enerjini 15 fut (təxminən 4,7 metr) məsafəyədək simsiz üsulla ötürməyə imkan verir.
 
“Energous” şirkəti tərəfindən hazırlanmış “WattUp” adlı sistem enerjinin ötürülməsi üçün radiotezlik, “Bluetooth” və başqa  patentləşmiş texnologiyaların kombinasiyasından istifadə edir. Ötürücü aparat “Bluetooth”un köməyi ilə uyğun qurğularla əlaqə yaradır. Əlaqə yaradıldıqdan sonra “Wi-Fi” siqnallarının işlədiyi tezlikdə fokuslanmış radiotezlik siqnallarının ötürülməsi həyata keçirilir. Bu siqnal mobil qurğuya quraşdırılmış xüsusi çipin köməyi ilə sabit cərəyana çevrilir. Mənzili simsiz enerjidoldurma şəbəkəsi ilə tam təmin etmək üçün ötürücü aparatları müxtəlif ev qurğularına (televizor, akustika sistemləri) birləşdirmək olar.
 
“Energous” şirkəti öz texnologiyasını aktiv şəkildə inkişaf etdirir və bir ildən az bir müddətdə enerjinin simsiz ötürülmə səmərəliliyini 20-dən 70 faizədək artırmağa nail olub. Müqayisə üçün, enerjinin kiçik məsafəyə simsiz ötürülməsi üzrə mövcud texnologiyaların səmərəlilik dərəcəsi təxminən 90 faiz təşkil edir. “Energous” şirkətinin bir ötürücü aparatdan eyni zamanda bir neçə cihazı enerji ilə doldurmaq olar.
 
“Energous” şirkəti 2016-cı ildə enerjinin simsiz ötürülməsi üzrə öz texnologiyasının kommersiya istismarına başlamaq niyyətindədir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL