“PlayStation 4” oyun qurğusunun satışı 18,5 milyonu ötüb
“Sony” şirkətinin nümayəndələri “PlayStation 4” oyun qurğusunun satışa çıxarıldığı 2013-cü ilin payızından satış həcminin 18,5 milyon təşkil etməsini bəyan ediblər.
Bu sayın 4,1 milyonu noyabrın sonundan yanvarın 4-dək Yeni il ərəfəsi satışların payına düşüb. Həmçinin qurğu üçün 81,8 milyon oyun satılıb, “PlayStation Plus” servisinin abunəçilərinin sayı 10,9 milyonu ötüb.
Yaponiya şirkəti yanvarın 13-dən etibarən ABŞ və Avropa ərazisində "PlayStation Now” servisinə abunəni istifadəyə verməyə hazırlaşır. İlk vaxtlar servis yalnız “PlayStation 4” qurğusunun oyunları ilə uyğunluq təşkil edib. Hazırda isə “PS3” üçün oyun axınlarının yayımını onları yükləmədən və quraşdırmadan etmək mümkündür.
“PS3” üçün 100 oyunun yer aldığı (oyunların ümumi sayı 800-ə yaxındır) “PlayStation Now” üçün aylıq abunə haqqı 20 dollar, birdəfəlik üçaylıq abunə 45 dollar təşkil edəcək.
“Sony” “PlayStation Vita” portativ oyun qurğusunun satış həcminı açıqlamayıb. Bu, qurğunun qeyri-qənaətbəxş satışı ilə izah edilir, - "Internetua” ya
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL