Berlində IFA-2011 sərgisi start götürür
Almaniyanın paytaxtı Berlin şəhərində 51-ci ümumdünya istehlak və elektronika texnikası - IFA-2011 sərgisinin rəsmi açılışı olacaq.
Sahə üzrə Avropada keçirilən sərgilər arasında ən iri tədbirlərdən biri hesab olunan IFA dünyanın aparıcı istehsalçılarının diqqətini cəlb etməkdə davam edir.
Sərgi çərçivəsində elektronika texnikası sahəsinin Samsung, LG, Toshiba və Sony kimi nəhəng istehsalçılarının bir sıra texnoloji yeniliklərinin nümayişi gözlənilir. Ümumilikdə sərgidə dünyanın 1400-dən çox şirkətinin məhsulları və təklifləri nümayiş etdiriləcək. Builki sərgi “Əlaqədə ol” (Get in touch) şüarı ilə keçirilir.
Ziyarətçilər üçölçülü televiziya, intellektual elektronika kimi texnoloji yeniliklərlə tanış olacaq, eləcə də televiziya və internetin bir araya gəlməsi barədə məlumat alacaqlar.
Müxtəlif ixtisaslaşmış sahələr üzrə rəngarəng konfrans, seminar və mühazirələrlə zəngin olacaq IFA-2011-də informasiya texnologiyaları sahəsinin bir sıra liderlərin çıxış edəcəyi nəzərdə tutulur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL