waplog

“Apple” korporasiyası ABŞ-da 1 milyondan çox iş yeri yaradıb


"Apple" korporasiyası cihazlarının Çin və başqa ölkələrdə istehsalına görə dəfələrlə ABŞ hakimiyyəti tərəfindən tənqidə məruz qalıb. Buna görə "Apple" ABŞ-da yaradılmış iş yerlərinin sayını qismən nümayiş etdirmək üçün öz rəsmi saytında ayrıca səhifə yaradıb.
 
"ICTnews" elektron xəbər xidməti "planetiphone.ru" saytına istinadən bildirir ki, rəsmi məlumata əsasən, şirkət 1 milyondan çox iş yeri yaradıb, həmçinin tərtibatçılara təxminən 380 min lisenziya verib.
 
Ümumilikdə "Apple" ötən müddət ərzində tərtibatçılara 25 milyard dollardan çox vəsait ödəyib ki, bu da rekord göstəricidir.
 

 
"Apple Store" pərakəndə ticarət mağazalarının payına təxminən 30 min iş yeri düşür. "Apple", həmçinin "AppleCare" texniki dəstək  xidmətinə təxminən 19 min iş yeri ayırıb.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL