waplog

SKSP rezidentləri üçün elektron ofis yaradılır


Sumqayıt Kimya Sənaye Parkında (SKSP) rezident status əldə etmək istəyən investorlar üçün qeydiyyat proseduru sadələşdirilib. Belə ki, investorların rahat qeydiyyatdan keçməsi, qeydiyyat ərizələrinin doldurulması, statistik hesabatların təqdim edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə inteqrasiyanın təmin edilməsi üçün “vahid pəncərə” şəklində elektron portalın yaradılması üzərində işlər davam etdirilir.
 
 SKSP-nin rezidenti olmaq istəyən fiziki və hüquqi şəxslər elektron imza əldə etməklə burada qeydiyyatdan keçə biləcəklər. Bu portal eyni zamanda rezidentlər üçün elektron ofis (E-ofis) kimi xidmət göstərəcək.
 İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, artıq portal üzərində ilkin sınaqlar həyata keçirilib.
 
Qeyd edək ki, sistemə daxil olmaq üçün “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin “www.scip.az” saytında xüsusi bölmə yaradılacaq və sistemə giriş təmin olunacaq.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL