waplog

“Toshiba” şirkəti “Ultra HD” təsvir ölçülü “3D” ekran hazırlayıb


Yaponiyanın “Toshiba” şirkəti geniş təsviri əks etdirən və baxmaq üçün eynək tələb etməyən yüksək təsvir ölçülü displeyin hazırlanmasını açıqlayıb. Yeni məhsulun gələn ay nümayiş olunması planlaşdırılır.


İnnovativ maye-kristal ekran istiqamətini dəyişmə göstəricisinin tətbiq edildiyi linzalar (GRadient-INdex, GRIN) və aşağı səviyyəli çarpaz maneələr (adi 3D ekranlarda olan 5 faizə nisbətdə 2 faiz) üzərində qurulub. Hazırkı prototip 15 düym diaqonala və 3840 × 2160 piksel (Ultra HD, 4K) təsvir ölçüsünə malikdir.

Displey ikiölçülü (4K formatında) və stereoskopik (HD) rejimlər arasında “3D” formatına keçid zamanı işıqlandırmanı azaltmadan və “2D” təsviri pisləşdirmədən keçməyə imkan verir. İstehsalçı qeyd edir ki, “GRIN” əsasında yaradılmış 15 düymlü “4K” displey şirkətin bundan əvvəl hazırladığı analoqla
müqayisədə stereoskopik təsvir ölçüsündə 5 dəfə üstünlüyə malik olması ilə xarakterizə edilir.

Yeni “LCD” panellər müxtəlif diaqonalı olmaqla ayrı sahələrdə - mobil qurğular, tibb və sənaye məhsulları sahəsində tətbiq edilə bilər, - “3DNews”  yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL