"Apple Pay" ödəmə sistemi Kanadada işə salınacaq
"Apple Pay" ödəmə sistemi ABŞ-da "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarının sahibləri arasında populyarlaşdığına görə, "alma" şirkətinin bu xidməti başqa ölkələrdə işə salmağında təəccüblü heç nə yoxdur. "9to5Mac" portalı yazır ki, şirkət xidməti cari ilin birinci yarısında Kanadada işə salacaq.
Qeyd edək ki, bu ilin martında "Apple Watch" smart saatlarının satışına start verəcək, buna görə Kanada sakinləri üçün "Apple Pay" ödəmə sisteminin istifadəyə verilməsi "Apple" tərəfindən tamamilə məntiqli addım sayıla bilər.
"ICTnews" elektron xəbər xidməti “www.planetiphone.ru” saytına istinadən bildirir ki, ötən ilin sentyabrında "iPhone 6" smartfonunun təqdimatı zamanı "Apple Pay" ödəmə sisteminin elanından sonra onu ABŞ-da 500-dən çox bank dəstəkləməyə başlayıb və abunə bazası artıq bir neçə milyon qeydiyyatdan keçmiş debet kartına çatıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL