waplog

Son 150 ildə iş həftəsinin müddəti əksər ölkələrdə 30 saat azalıb


Oksford Universitetinin iqtisadçısı Maks Rozerin qənaətinə görə, son 150 ildə iş həftəsinin müddəti əksər ölkələrdə təxminən 30 saat azalıb. Alim insan cəmiyyətinin uzun illər ərzində necə dəyişməsinin tədqiqi ilə məşğul olur. O, işlərinin nəticələrini “Our World in Data” jurnalında dərc edir.
 
Hazırda insan ömrünün orta müddəti 75 ilə yaxındır. Başqa sözlə, bu, 3900 həftə, 27 min gün və ya 648 min saat deməkdir. İnsanlar ömürlərinin üçdə bir hissəsini yuxuda keçirir. O da qeyd edilməlidir ki, əsrlər boyunca bu göstərici dəyişməz qalıb.
 
Son 150 ildə bəşəriyyətin ixtiraçılıq qabiliyyəti və bacarığı sayəsində insanların oyaq qaldığı zaman onların məşğuliyyətində böyük irəliləyiş olub. Beləliklə, həftədə insanın ixtiyarında 168 saat var ki, bunun da 56 saatı yuxunun payına düşür. Bundan belə nəticəyə gəlmək olar ki, digər məsələlər üçün insanın ixtiyarında 112 saat qalır. 150 il əvvəl insanlar 112 saatlıq oyaq qalmanın 70 saatını işdə keçirirdilər. Texnologiyaların inkişafı və əmək məhsuldarlığının artması sayəsində iş həftəsinin orta müddəti əksər ölkələrdə təxminən 30 saat azalıb və hazırda 40 saat təşkil edir. Bununla müasir insanın çoxlu boş vaxtı yaranıb.
 
Son illərin nailiyyətlərini nəzərə alsaq, insan bu vaxtı necə keçirir? Müəyyən edilib ki, dünya əhalisinin əksər hissəsi həmin boş vaxtı televizora baxmaqla keçirir. M.Rozerin məlumatına görə, insan televiziya verilişlərinə, kino və serialların baxılmasına gündə orta hesabla dörd saat və ya həftədə 28 saat ayırır. Televizora daha çox baxmağı (dörd saat yarım) amerikalılar sevir. İkinci və üçüncü yerdə amerikalılardan az geri qalmaqla müvafiq olaraq yaponiyalılar və italiyalılar qərarlaşıb.
 
Xatırladaq ki, bundan əvvəl Britaniya tədqiqatçıları müəyyən ediblər ki, məktəb yaşlı uşaqların 65 faizi dərsə getməzdən əvvəl televizora baxır və 83 faizi evə qayıtdıqdan sonra onu işə salır. Uşaqlar televizoru daha çox şam yeməyi zamanı seyr edir, 68 faizi isə ona baxanda yuxuya getməyi özünə adət edib. Məktəb yaşlı uşaqlar televizora orta hesabla gündə 2,6 saat, onların hər onuncusu həftədə dörd saatdan çox baxır, - “Vokruq sveta” yazır. 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL