waplog

Daşınmaz əmlak üzrə 31 e-xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir


 Daşınmaz əmlak üzrə 31 e-xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) qeyd edilib ki, 2014-cü il ərzində elektron xidmətlərin təşkili və istifadəyə verilməsi üzrə bir sıra tədbirlər həyata keçirilib:
 
 “Komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. 2013-cü ildə “www.e-emdk.gov.az” elektron xidmətlər portalı istifadəyə verilib. İlk mərhələdə məhdud olan elektron xidmətlərin sayı 2014-cü ildə artırılıb.  Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Hazırda portalda 27-si interaktiv, 4-ü informativ olmaqla 31 e-xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir. Təsdiq edilmiş elektron xidmətlərdən 20-si daşınmaz əmlakın qeydiyyatı ilə bağlıdır. Bütün e-xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib”.
 
Bəhs olunan elektron xidmətlər daşınmaz əmlaka dair çıxarışların verilməsi, daşınmaz əmlakın ipotekasının, lizinqinin qeydiyyatı və ləğvi, servitutun, uzufruktun qeydiyyatı və ləğvi, texniki pasportların alınması, xidmət haqqının öyrənilməsi və ödənilməsi ilə bağlıdır:
 
 “Komitənin həyata keçirdiyi bu yeniliklər vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, xidmətlərdə şəffaflıq və keyfiyyətin artırılması, sosial məmnunluğunun yüksəldilməsi məqsədini daşıyır. Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda və çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır. Bu xidmətlər keyfiyyətli və etibarlıdır, müraciətlərdəki məsələlərin həll edilməsi üçün optimal vasitədir. Eyni zamanda, komitənin elektron xidmətlər portalı xidmətlərlə bağlı vətəndaşların geniş məlumatlanmasını və maariflənməsini təmin edir”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL