“Bakcell” şəbəkəsinə Mobil Nömrə Daşınması xidməti vasitəsilə 7500 nəfər qoşulub
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin şəbəkəsinə Mobil Nömrə Daşınması xidməti vasitəsilə 7500 nəfər qoşulub.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu rəqəm ümumilikdə Mobil Nömrə Daşınması (MND) xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62%-dən çoxdur.
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) statistikasına görə, xidmət istifadəyə veriləndən MND-dən istifadə etmiş abunəçilərin sayı 12 min nəfərdən çox olub.
“Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, “Bakcell” şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0.4% və 4% göstəriciləri ilə müqayisədə 6.6 faizə qədər artıb.
“Abunəçi bazasının artımı bir daha sübut edir ki, “Bakcell” öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilərin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsində bizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb.
Bu isə o anlama gəlir ki, abunəçilər “Bakcell” şirkətinin təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”, - deyə Riçard Şirer qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL