İnternetdə səsvermə ilə 2015-ci ilin “Gənclər paytaxtı” seçiləcək
İnternet üzərindən səsvermə vasitəsilə Azərbaycanın 2015-ci ilin “Gənclər paytaxtı” seçiləcək.
Seçim 24 yanvar 01 fevral tarixlərində keçiriləcək. 01 fevral 2015-ci il tarixdə saat 23:59-dan sonra verilmiş səslər artıq qeydə alınmayacaq. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqə üzrə internet səsverməsi “http://www.genclerpaytaxti.az” saytında təşkil edilir.
Təşkilat Komitəsindən qeyd edilib ki, Azərbaycanın “Gənclər paytaxtı”nın seçilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər paytaxtı” elan edilir. Bu, yerlərdə gənclərə diqqətin artırılması, gənclər siyasətinin yeni səviyyədə daha da canlandırılması məqsədi ilə həyata keçirilir.
“Gənclər paytaxtı” 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL