“Gartner”: 2014-cü ildə qlobal mikroelektronika bazarının həcmi 8 faiz artıb
Mikroelektronika komponentlərinin bütün kateqoriyaları üzrə artım qeydə alınıb, amma yaddaş mikrosxemləri bazarı digər seqmentlərdən daha sürətli inkişaf edib və ilin nəticəsinə görə 16,9 faiz artım olub.
"ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, “Gartner” tədqiqat şirkətinin məlumatına görə, 2014-cü ildə qlobal mikroelektronika komponentlərinin satış həcmi 339,8 milyard dollar təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 7,9 faiz yüksəkdir. Bu halda 25 ən böyük istehsalçının ümumi satış həcmi 11,7 faiz yüksəlib və sözügedən bazarda istehsalçıların ümumi bazar payı 69,7-dən 72,1 faizədək artıb.
“DRAM” yaddaş istehsalçıları digərlərindən daha yaxşı il keçirib. 2014-cü ildə “DRAM” bazarında əvvəlki kimi defisit müşahidə olunub və qiymətlər sabit qalıb ki, bu da istehsalçılara satış həcmini 31,7 faiz artırmağa imkan verib.
“Intel” korporasiyası yenidənqurmadan sonra artımı bərpa etməyə nail olub. Analitiklərin qiymətləndirməsinə görə, sözügedən şirkət 2014-cü ildə 50,8 milyard dollar qazanıb ki, bu da ötən illə müqayisədə 4,6 faiz daha çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL